Cənubi Koreya İrandan neft idxalını dayandırıb

Cənubi Koreya İrandan neft idxalını dayandırıb

GünAzTV: Cənubi Koreya İrandan neft idxalını tamamilə dayandırıb. Bu barədə “Bloomberg” agentliyi sentyabrın 10-da məlumat yayıb.

 

“Bloomberg” agentliyinin Cənubi Koreya rəsmilərinə istinadən yaydığı xəbərdə bildirilir ki, rəsmi Seul, Amerikanın İran neftinə qoyduğu sanksiyaya riayət edərək vaxtından əvvəl İrandan neft idxalını tamamilə dayandırıb.

 

Bildirilir ki, Cənubi Koreya ötən iyul ayında İrandan gündə 194 min barel neft idxal etsə də, bu rəqəm avqust ayında sıfıra endirilib. Qeyd olunur ki, bundan əvvəl Cənubi Koreya İran neftinin əsas üç böyük müştərilərindən biri olub. İran neftinin digər iki mühüm alıcısı olan Çin və Hindistan isə İrandan neft idxalını məhdudlaşdırıblar.

 

 

 Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

 

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN