Cənubi Koreya Rusiyanı hava məkanını pozmaqda ittiham edib

Cənubi Koreya Rusiyanı hava məkanını pozmaqda ittiham edib

GünAz TV: Rus hərbi təyyarəsi Cənubi Koreyanın Yaponiya dənizi ətrafındakı hava məkanını iki dəfə pozub.

 

"Trend" xəbər verir ki, bu barədə “Renhap" Koreya Silahlı Qüvvələri Baş Qərargah Rəisliyinə istinadən məlumat yayıb.

 

Agentliyin məlumatına görə, cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin təyyarələri havaya qaldırılıb və xəbərdarlıq atəşi açılıb.

 

Yanvar ayında İsveç Silahlı Qüvvələri Rusiya təyyarələrinin guya ölkənin cənub sərhədinin hava məkanını pozduğunu bildirmişdi.

 

Daha sonra Rusiya Müdafiə Nazirliyi İsveçin sərhədlərin "pozulması" barədə açıqlamasını rədd etmişdi.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN