Cənubi Koreyanın “SK” şirkəti İrandan qaz kondensatının alışını dayandırıb

Cənubi Koreyanın “SK” şirkəti İrandan qaz kondensatının alışını dayandırıb

GünazTV: Cənubi Koreyanın məşhur neft-kimya məhsulları istehsalçısı sayılan və bu ölknin ən böyük neftayırma zavoduna malik olan “SK” şirkəti İrandan qaz kondensatının alışını dayandırıb.

 

Bu barədə, “SK” şirkətinin icraçı direktoru mayın 27-də jurnalistlərə açıqlama verib. O bildirib ki, Cənubi Koreyanın həmin şirkəti Amerikanın İrana qarşı sanksiyalarına riayət etmək üçün bu addımı atıb: “Bundan əvvəl bizim qaz kondensatına olan ehtiyacımızın mühüm bir hissəsini İran təmin edirdi. Lakin hazırda Rusiyadan, Qzaxıstan və Qətərdən aldığımız xam neftlə onu əvəz etmişik” –deyə, “SK” şirkətinin icraçı direktoru vurğulayıb.

 

Bildirilir ki, iki il əvvəl İranın gündəlik ixrac etdiyi neftin həcmi 2 milyon 500 barel təşkil edirdisə, hazırda Amerhikanın İran neftinin satışına qoyduğu sanksiyalar nəticəsində, bu rəqəm 500 min bareldən aşağı düşüb. Bu isə İranda iqtisadi durumun son dərəcə pisləşməsinə səbəb olub.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN