Ceremi Hant: “İran təhdidinin gündən-günə artması barədə Amerhika ilə eyni fikirdəyik”

Ceremi Hant: “İran təhdidinin gündən-günə artması barədə Amerhika ilə eyni fikirdəyik”

GünazTV: Böyük Britaniyanın baş naziri Ceremi Hant mayın 16-da “Twitter” səhifəsində yazdığı bir statusda İranın regional təhdidinin artmasından və bununla bağlı Londonla Vaşinqtonun ortaq nigaranlığından danışıb.

 

O bildirib ki, Böyük Britaniya İranın təhdidinin qarşısını almaq üçün Amerika ilə əməkdaşlığını davam etdirəcək: “Biz, ötən həftə Londonda, sonra isə ötən bazar ertəsi günündə Brüsseldə İran məsələsini amerikalı həmkarım Mayk Pompeo ilə birlikdə müzakirə etdik. Böyük Britaniya, İran təhdidinin gündən-günə artması xüsusunda Amerhika ilə eyni fikirdədir və bu barədə bizim müştərək mülahizələrimiz var. Bizim həmişə Amerika ilə sıx əməkdaşlığımız olub və bu yaxın əməkdaşlığı bundan sonrada davam etdirəcəyik” –deyə Ceremi Hant əlavə edib.

 

Qeyd edək ki, Ceremi Hant ötən həftə Brüsseldə jurnalistlərə açıqlamasında İranla Amerika arasında qarşıdurma yaranması təhlükəsindən nigaran qaldıqlarını bildirmişdi: “Vəziyyətin getdikcə pisləşməsi bizi ciddi nigaran edir. Hesab edirəm ki, İranın nüvə fəaliyyətinin yenidən gücləndirməsinin qarşısını almaq üçün birgə səy göstərməliyik” –deyə Hant bildirmişdi.

 

 

Son həftələr, İranla Amerika arasında münasibətlər son dərəcə pisləşib. ABŞ Müdafiə Nazirliyi isə son günlər İranın regional təhdidlərinə cavab olaraq, körfəzə “USS Abraham Lincoln” təyyarə daşıyan gəmisi, B-52 strateji bombardımançılar və “Patriot” zenit-raket kompleksi göndərib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN