Ceremi Hant: “İranla Amerika arasında toqquşmalar baş verə bilər”

Ceremi Hant: “İranla Amerika arasında toqquşmalar baş verə bilər”

GünAz TV: Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant İranla Amerika Birləşmiş Ştatları arasında toqquşma riskinin olduğunu deyib.

 

Brüsseldə bu barədə jurnalistlərə açıqlama verən Hant bildirib: “Biz tərəflər arasında toqquşmaların yaşanacağı ilə bağlı olan risklərdən və bununla da ziddiyyətlərin qeyri-iradi olaraq kəskinləşməsindən narahatıq.”

 

O, həmçinin heç kimin İranın nüvə silahı əldə etməsini istəmədiyini deyib.

 

Bundan əvvəl isə Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini rəsmi Vaşinqton və Tehranı hərbi qarşıdurmaya səbəb olacaq addımlardan çəkinməyə çağırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN