“Ceyş ül- Ədl”, girov götürdüyü iranlı həbçilərin adlarını və şəklini yayıb

“Ceyş ül- Ədl”,  girov götürdüyü iranlı həbçilərin adlarını və şəklini yayıb

 GünAzTV: İranın Sistan-Bəlucistan əyalətində yaşayan yerli sünni məzhəbli bəluc xalqının dini və milli hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” təşkilatı oktyabrın 22-də “Teleqram” kanalında bəyanat yayaraq, bir həftə əvvəl girov götürdüyü iranlı hərbçilərin adlarını və şəkilini yayıb.

 

Bundan əvvəl girov götürülənlərin 14 nəfər olduğu bildirilsə də, “Ceyş ül- Ədl”in (Ədalət ordusu) yaydığı bəyanatında 12 İran hərbçisinin adları çəkilir. Bildirilir ki, təşkilat yaraqlıları tərəfindən girov götürülən hərbçilərdən 5-i (Abbas Abidi, Məhəmməd Mötəmədi Sədə, Pedram Musəvi, Kiyanuş Babai Fəridəni Heydəri və Mehrdad Aban) İran hüquq-mühafizə qüvvələrinin əməkdaşları, 7-si isə (Məcid Narui, Mahmud Hormozi, Rəsul Qomşadzehi, Səid Rigi, Zübeyr Rigi, Behruz Rigi və Əbdülkərim Rigi) “Sepah” muzdlularıdır.

 

Bəyanatda, girovların hazırkı durumu və onların harada saxlandığı açıqlanmayıb.

 

Xatırladaq ki, oktyabrın 16-sı sübh saat 04:00 radələrində İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində, müxalif yaraqlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüblər.

 

  “Ceyş ül- Ədl” (Ədalət ordusu) yaraqlıları

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

 

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN