“Ceyş ül- Ədl”: “Götürdüyümüz iranlı girovlar hərbi əsir sayılır. Onlar arasında bəluc xalqının qatili olanlar öldürüləcək”

“Ceyş ül- Ədl”: “Götürdüyümüz iranlı girovlar hərbi əsir sayılır. Onlar arasında bəluc xalqının qatili olanlar öldürüləcək”

GünAzTV: İranın Bəlucistan əyalətində sünni bəlucların dini və milli hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” təşkilatının sözçüsü İrfan Şəhnəvazi, oktyabrın 16-da “Əl-Ərəbiyyə” saytına açıqlamasında əsir götürdüfkləri 14 İran hərbçisinin taleyindən danışıb.

 

O deyib ki, “Ceyş ül- Ədl” təşkilatı İran rejiminin bəluc xalqına qarşı zülmünə cavab olaraq belə bir addımı atıb: “Götürdüyümüz iranlı girovlar hərbi əsir sayılırlar. onlar hazırda İran Bəlucistanının keçilməz dağlarında saxlanılırlar. Biz, beynəlxalq qanunların hərbi əsirlərlə bağlı üsul və prinsiplərinə uyğun olaraq onlarla mehribancasına davranacağıq. Hazırda kifayət qədər imkanımız olmadığına baxmayaraq, girovlar su, qida və dərmanla təmin edilirlər.

 

“Ceyş ül- Ədl” təşkilatının mərkəzi şurası girovların taleyi haqda qərar verəcək. Lakin ola bilsin ki, onlar arasında xalqımıza həddən artıq zülm edənlər və ya bəluc xalqının qatili olanlar öldürüləcək, öz cəzalarını alacaqlar.

 

Əsir götürülmüş iranlı hərbçilərin azadlığa buraxılması ehtimalı ilə bağlı suala gəlincə, deyə bilərəm ki, bu İran rejimindən və girovların törətdikləri cinayətin həcmindən və onların bizimlə nə qədər əməkdaşlığa hazır olmalarından asılıdır. Bu haqda proqnoz vermək üçün hələ tezdir. Lakin əgər İran rejimi bizim həbsdə saxladığı dostlarımızı azadlığa buraxsa, girovların dəyişdirilməsi məsələsi haqda razılaşa bilərik”.

 

Xatırladaq ki, oktyabrın 16-sı sübh saat 04:00 radələrində İranın Pakistanla həmsərhəd olan Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində müxalif yaraqlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüblər. Girov götürülənlərdən 7-si “Bəsic” təşkilatının üzvü, 5-i sərhədçi, 2-si isə “Sepah”ın ETTELAAT bölməsinin əməkdaşlarıdır.

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN