Ceyson Rzayiyan İranı kompensasiya tələbi ilə məhkəməyə verib

Ceyson Rzayiyan İranı kompensasiya tələbi ilə məhkəməyə verib

GünAz TV: “Washington Post” qəzetinin əməkdaşı Ceyson Rzayiyan İranda qanunsuz olaraq “casusluq” ittihamı ilə həbs edildiyinə görə rəsmi Tehranı təzminat tələbi ilə məhkəməyə verib.

 

Şikayət üzrə dünən (8 yanvar- red.) Vaşinqtonda keçirilmiş məhkəmə iclasında Rzayiyanın iddiasına baxılıb. O, qanunsuz olaraq İranda həbs olunduğu və 18 ay həbsxanada yatdığı üçün bu ölkədən 1 milyard dollar təzminat tələb edir.

 

“Washington Post”un əməkdaşı məhkəmədə bildirib ki, İran onun həbsindən nüvə danışıqları zamanı Qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edib.

 

İran bu günə qədər Ceyson Rzayiyanın məhkəməyə şikayət etməsinə heç bir münasibət bildirməyib. Eləcə də, dünən keçirilmiş məhkəmə iclasında bu ölkə tərəfdən heç bir nümayəndə iştirak etməyib.

 

Qeyd edək ki, son illər ərzində dəfələrlə Amerika vətəndaşları İrana qarşı iddia ilə məhkəmələrə üz tutublar. Rəsmi Tehran isə bunların heç birinə reaksiya vermədiyinə görə, məhkəmələr İran tərəfdən heç bir nümayəndənin iştirakı olmadan, qiyabi formada hökm çıxarıblar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN