Çilidə aksiyalara görə fövqəladə vəziyyət elan edilib

Çilidə aksiyalara görə fövqəladə vəziyyət elan edilib

GünAz TV: Çili Prezidenti Sebastyan Pinyera Santyaqo və Çakabuko vilayətlərində 15 gün müddətinə fövqəladə vəziyyət elan edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, buna paytaxt Santyaqoda metroda gediş haqlarının qaldırılmasından sonra baş vermiş iğtişaşlar səbəb olub.

 

Belə ki, metroda gediş haqlarının qaldırılmasına etiraz edən sakinlər metro stansiyalarının turniketlərini və şüşələrini sındırıblar. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb, polis göz yaşardıcı qazdan istifadə etməklə zorakılıq törədənlərə müdaxilə edib. Baş verən iğtişaşlar zamanı 1 nəfər xəsarət alıb.

 

Prezident S. Pinyera tariflərin yenidən nəzərdən keçiriləcəyini bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN