Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırıb

Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırıb

GünAz TV: Çin Xalq Respublikasının sədri Si Tzinpin Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trampla telefon danışığı zamanı Şimali Koreya məsələsini müzakirə edib və vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

 

Çin lideri bildirib ki, ölkəsi qətiyyətlə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozmağa yönəlmiş fəaliyyətlərə qarşı çıxır: "Koreya yarımadasının problemini maraqlı tərəflər öz öhdəliklərini yerinə yetirdikləri və görüşməyə hazır olduqları halda həll etmək mümkün olacaq. Çin Koreya yarımadasında sülhə yardım etmək üçün bütün tərəflərlə, o cümlədən ABŞ-la işləməyə hazırdır”,- deyə Çin sədri bildirib.

 

Tərəflər həmçinin ümumi narahatlıq kəsb edən məsələlərlə bağlı ehtiyac olduğu halda kontakta girmək və fikir mübadiləsi aparmaq barədə razılığa gəliblər.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN