Çin şirkəti Amerikaya cərimə ödəyəcək- İrana qarşı sanksiyaları pozduğuna görə

Çin şirkəti Amerikaya cərimə ödəyəcək- İrana qarşı sanksiyaları pozduğuna görə

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin Xarici Aktivlərin İdarə Edilməsi İdarəsi İrana qarşı tətbiq edilmiş sanksiyaları pozan Çinin “Jere” neft şirkəti ilə razılığa gəlib. Razılaşmaya əsasən, şirkət Amerikaya 2 milyon 700 min dollar cərimə ödəyəcək.

 

Çinin “Jere” şirkəti 11 dəfə sanksiyaları pozmaqda ittiham edilir. Bu ittihamlardan bəzilərinə əsasən, şirkət Amerika istehsalı olan məhsulları İran bazarına ixrac edib. Bu məhsulların İranın neft sənayesində işlənən aparat və avadanlıqların ehtiyat hissələrindən ibarət olduğu deyilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN