Çin və Səudiyyə Ərəbistanı 65 milyard dollar məbləğində müqavilə imzalayıb

Çin və Səudiyyə Ərəbistanı 65 milyard dollar məbləğində müqavilə imzalayıb

GünAz TV: Bu gün Çin parytaxtı Pekinə səfər edən Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səud Səudiyyə Çin prezidenti Si Cinpin ilə görüşüb.

 

"Çin dövlət başçısı ilə Səudiyyə Ərəbistan Kralı arasındakı danışıqlar dostluq şəraitində keçib, tərəflər ümumi məbləği 65 milyard dollar olan 10-dan çox anlaşma imzalayıblar".

 

Xarici mətbuatın yaydığı məlumata görə, bu barədə Çin xarici işlər nazirinin müavini Çjan Min bu gün bildirib.

 

“Danışıqlar uğurla yekunlaşıb. Təbii sərvətlərin mənimsənilməsi, energetika, kosmos (fəza), yüksək texnologiyalar, sərmayələr, təhlükəsizlik kimi əməkdaşlığın müxtəlif sahələrində 14 anlaşma imzaladıq. Ümumilikdə 65 milyard dollarlıq 35 əməkdaşlıq layihəsinə malikik”, - deyə diplomat qeyd edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN