Çində koronavirus qurbanlarının sayı 425-ə yüksəlib

Çində koronavirus qurbanlarının sayı 425-ə yüksəlib

GünAz TV: Çində yeni növ koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb.

 

Trend-in məlumatına görə, virusa yoluxanların sayı 20 438 nəfərə yüksəlib.

 

Qeyd edilir ki, fevralın 3-ü yoluxanların sayının 17 205 (2788 nəfərin vəziyyəti ağır), ölənlərin sayının isə 361 olduğu bildirilib.

 

Ötən sutka ərzində 3235 yeni yoluxma hadisəsi qeydə alınıb.

 

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, Amerika Birləşmiş Ştatları, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN