Çində zavodda partlayış zamanı 6 nəfər həlak olub

Çində zavodda partlayış zamanı 6 nəfər həlak olub

GünAz TV: Çində zavodda partlayış olub.

 

Məlumata görə, hadisə Xenan əyalətində, "Xumei Biotech" zavodunun sexində baş verib. Partlayış zamanı azı 6 nəfər həlak olub.

 

Qeyd edilir ki, 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanada vəfat edib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1-inin vəziyyəti ağırdır.

 

Şirkətin rəhbəri istintaq orqanının əməkdaşları tərəfindən saxlanılıb. 

 

Mənbə: Report.az

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN