Con Bolton: “Amerikanın davası İran milləti ilə yox, ölkəyə hakim mollalar və ayətullahlarladır”

Con Bolton: “Amerikanın davası İran milləti ilə yox, ölkəyə hakim mollalar və ayətullahlarladır”

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 3-də jurnalistlərə açıqlamasında İranın gizli nüvə fəaliyyətini davam etməsindən, region ölkələrinin daxili işlərinə qarışmasından və beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

O bildirib ki, Amerikanın İran milləti ilə heç bir ixtilafı və problemi yoxdur, əsas problem İrana hakim ruhanilərdir: “Amerikanın davası İran milləti ilə yox, mollalar və ayətullahlarladır. Çünki ayətullahlar, İranı heç bir qanun və prinsipə uymayan, ipə-sapa yatmayan və beynəlxalq qanunları pozan bir ölkəyə çeviriblər. Daha doğrusu, demək olar ki, bu gün İran rejimi beynəlxalq terrorizmin mərkəzi bankı sayılır. Məhz buna görə də, biz İran rejiminin rəsmilərinin səsləndirdikləri bəyanatları ciddiyə almırıq. Bu gün Amerikanın siyasəti İranda rejimi dəyişmək deyil. Biz sadəcə olaraq, bu rejimin rəftarında əsaslı dəyişikliklərin baş verməsinin şahidi olmaq istəyirik.

 

Təəssüflər olsun ki, İran apardığı nüvə fəaliyyətini hələ də dayandırmayıb. Bizə çatan məlumatlarda bildirilir ki, bu rejim nəinki nüvə fəaliyyətini dayandırmayıb, əksinə bir az da gücləndirib. İran, özünün dağıdıcı fəaliyyətini təkcə nüvə fəaliyyətində yox, ölkə sərhədlərindən kənarda apardığı fəaliyyətlərində də davam etdirir. Bu isə qəbuledilməzdir və hesab edirəm ki, qarşısı alınmalıdır”.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN