Con Bolton: “Bizim İrana qarşı tətbiq etdiyimiz sanksiyaların təsiri gözlədiyimizdən daha çox olub”

Con Bolton: “Bizim İrana qarşı tətbiq etdiyimiz sanksiyaların təsiri gözlədiyimizdən daha çox olub”

GünAzTV: ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton avqustun 22-də “Röyters” agentliyinə müsahibəsində İrana qarşı tətbiq edilən geniş sanksiyalardan, bunun İran iqtisadiyyatına ciddi təsirindən və Tehranın bölgədə apardığı dağıdıcı fəaliyyətindən danışıb.

 

Boltob bildirib ki, baxmayaraq ki, İran rejimini devirmək Amerikanın xarici siyasətinin bir hissəsini təşkil etmir, lakin Vaşinqtonun Tehrana qarşı sanksiyaları bərpa etməsi İran iqtisadiyyatına və onun ictimai rəyinə güclü şəkildə təsir göstərib: “İcazə verin sizə açığını deyim. Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların təsiri bizim gözlədiyimizdən daha çoxdur. Bu təsir, daha çox İranın iqtisadiyyətına öz mənfi təsirini göstərib.

 

Bu gün İranın regionda apardığı fəaliyyətlər hələ də düşmənçiliyə əsaslanır. İranın İraqda, Suriyada, Yəməndə və “Hizbullah”la birlikdə Livanda gördüyü işlər, eləcə də onun Hörmüz boğazını bağlayacağı ilə bağlı təhdidləri bu qəbildəndir. Bu isə qəbul edilməzdir”.

 

Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncamına əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN