Con Bolton İlham Əliyevlə danışıb

Con Bolton İlham Əliyevlə danışıb

GünAz TV: Yanvarın 29-da axşam Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.


Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.


Keçən ilin oktyabrında Con Bolton Azərbaycana səfər edib. O, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.


Danışıqların mövzusu regional problemlər, Qarabağ münaqişəsi, ABŞ-ın İranın terrorizmə dəstəyinin və nüvə silahı istehsalının qarşısını almaq səyləri olub.


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton həmçinin özünün twitter  səhifəsində prezident İlham Əliyevlə telefon danışığı barədə yazıb.


Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir. (Amerikanın səsi)


N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN