Con Bolton: “İran öz nüvə fəaliyyəti barədə MAGATE-yə natamam və saxta məlumatlar təqdim edib”

Con Bolton: “İran öz nüvə fəaliyyəti barədə MAGATE-yə natamam və saxta məlumatlar təqdim edib”

GünAz TV: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə öz nüvə fəaliyyəti barədə naqis və saxta məlumatlar təqdim etdiyini deyib.

 

O, öz “twitter” səhifəsində yazdığı statusda bildirib ki, İranın nüvə arxivi qəti surətdə göstərir ki, bu ölkə qəsdən MAGATE-yə saxta və natamam məlumatlar təqdim edib: “Prezident  utancverici nüvə razılaşmasından çıxmaqda haqlı idi. İrana qarşı nüvə proqramını dayandırmaq istiqamətində təzyiqlər davam edəcək”- deyə Bolton əlavə edib.

 

Bolton bu yazdıqlarına əlavə olaraq, İsrailin ötən il keçirdiyi əməliyyat nəticəsində İranın nüvə fəaliyyəti ilə bağlı əldə etdiyi məxfi məlumatları əhatə edən link də yerləşdirib.

 

2018-ci ildə İsrail bəyan etmişdi ki, İranın məxfi nüvə fəaliyyəti ilə bağlı minlərlə səhifəlik materiallar ələ keçirib. O vaxt İsrailin baş naziri Benyamin Netanyahu da İranı MAGATE-yə saxta məlumatlar verməkdə günahlandırmışdı.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN