Conson: “Səudiyyənin neft təsisatlarına hücuma görə İran məsuliyyət daşıyır”

Conson: “Səudiyyənin neft təsisatlarına hücuma görə İran məsuliyyət daşıyır”

GünAz TV: Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, rəsmi London Səudiyyə Ərəbistanının neft təsisatlarına edilmiş hücuma görə İranı məsul bilir.

 

O, ölkəsinin Amerika Birləşmiş Ştatları və müttəfiqləri ilə birlikdə İranın bu addımına adekvat cavab verəcəyini deyib.

 

Conson bu xüsusda ehtimalların yüksək olduğunu və aparılan araşdırmaların nəticələrinin də böyük ehtimalla hücumun rəsmi Tehran tərəfindən həyata keçirildiyini göstərəcəyini qeyd edib.

 

Bir neçə gün əvvəl isə Britaniyanın adının çəkilmədiyi rəsmisi baş verənlərlə bağlı yerli media orqanlarına maraqlı açıqlamalar vermişdi. O bildirmişdi ki, hücumun miqyası və dəqiqliyini nəzərə aldıqda, onun husilər tərəfindən həyata keçirdiyi inandırıcı görünmür. Eləcə də, İranın bu hücumu planlaşdırmadığına inanmaq da həqiqətdən uzaq və məntiqsizdir.

 

Conson həmçinin əlavə edib ki, Amerikanın İrana qarşı hərbi varianta əl atdığı təqdirdə, ölkəsi də rəsmi Vaşinqtonla birgə addım atacaq.

 

Baş Nazir sonda vurğulayıb ki, BMT-nin Baş Assambleyası çərçivəsində gərginliklərin azaldılması və İranda həbs edilmiş ikili vətəndaşlığı olan britaniyalıların azad edilməsi üçün Həsən Ruhani ilə görüşəcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN