Cozef Dunford: “Amerika İranın təxribatçı addımları qarşısında tərəddüd etməyəcək”

2019-05-30 12:27

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvәlәrinin Baş Qərargah rəisi Cozef Dunford bildirib ki, ölkəsi İranın təxribatçı addımlarına qəti cavab vermək istiqamətində tərəddüd etməyəcək.

 

O, bu sözləri dünən NATO-nun toplantısında ABŞ-ın may ayı ərzində Yaxın Şərqə göndərdiyi hərbi texnikaların hədəfini açıqlayarkən deyib.

 

Cozef Dunfordun sözlərinə görə, Birləşmiş Ştatlar İrana törətdiyi provokativ addımların miqyasına uyğun olaraq, tərəddüd etmədən cavab verəcək.

 

O, həmçinin ABŞ-ın son addımlarının İrana hücum etmək məqsədi daşımadığını, əksinə, bu qərarların regionda olan amerikalı hərbçilərin qorunması üçün qəbul edildiyini deyib.

 

Xatırladaq ki, Amerika may ayının əvvəllərində İran təhdidlərinə açıq mesaj vermək məqsədi ilə körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi və B-52 tipli strateji bombardımançıların göndərildiyini bəyan etmişdi. Bunun ardınca, ayın ortalarında rəsmi Vaşinqton regiona Patiot zenit-raket komplekslərinin də göndərildiyi barədə məlumat yaymışdı.

 

Baxmayaraq ki, ABŞ bu addımları müdafiə xarakterli adlandırır, lakin iki ölkə arasında müharibə riski yüksək səviyyədədir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İlam əyalətində “Covid-19” infeksiyasına yoluxanların sayı 4386 nəfərə çatıb

2020-07-14

gun az article

İran Müdafiə Nazirliyinin təqaüddə olan rəsmisi Amerikaya "casusluq" ittihamı ilə edam edilib

2020-07-14

gun az article

İran televiziyası Qarabağı "erməni torpağı" adlandırıb- VİDEO

2020-07-14

gun az article

İranda daha 179 nəfər koronavirusdan ölüb, 2521 nəfər “Covid-19” infeksiyasına yoluxub

2020-07-14

gun az article

Amerikalı rəsmi: “Prezident Tramp heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”

2020-07-14

gun az article

İranda daha bir zavodda partlayış baş verib

2020-07-14

gun az article

Mazandaran əyalətində koronavirus infeksiyası pik həddə çatıb

2020-07-14

gun az article

Kirmanşah həbsxanasında daha 1 məhkum edam edilib

2020-07-14

gun az article

GünazTV July.13.2020: “Vaksin hərkəs üçin əlçatan olmalıdır” mesaj Microsoftun qurucusu Bill Qeytsdən gəldi.

2020-07-13

gun az article

İranda deputat koronavirusdan ölüb

2020-07-13

gun az article

İranda "casusluq" ittihamı ilə bir neçə nəfər həbs edilib

2020-07-13

gun az article

İranda daha 2349 nəfər koronavirusa yoluxub, 203 nəfər vəfat edib

2020-07-13

gun az article

İran ermənilərin Tovuzdakı təxribatına da neytral münasibət bildirdi

2020-07-13

gun az article

Musavi: "Nətənz qəzasının səbəbləri ilə bağlı yekun qruplaşdırma həyata keçirilməyib"

2020-07-13

gun az article

İranda dolların məzənnəsi 23 min tümənə yüksəlib

2020-07-13

gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12