Daha 1“Sepah” muzdlusu Suriyada öldürülüb

Daha 1“Sepah” muzdlusu Suriyada öldürülüb

GünAzTV: İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 1 iranlı üzvü, Firidun Əhmədi, Suriyada cərəyan edən savaşda həlak olub.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl İranın Kirmanşah şəhərindən Suriyaya göndərilən “Sepah” muzdlusu, iyunun 1-də bu ölkədə hökumətə müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb. Onun Suriyanın konkret hansı bölgəsində həlak edildiyi barədə məlumat yayılmayıb.

 

Bildirilir ki, “Sepah”çının cənazəsi iyunun 3-ü axşam saatlarında ölkəyə gətirilərək Kirmanşah şəhərində dəfn ediləcək.

 

İran, Əsəd rejiminin əsas himayədarlarından və onun mühüm sponsorlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN