Daha 2 “Sepah”çı Suriyada həlak olub

Daha 2 “Sepah”çı Suriyada həlak olub

GünAzTV: “Sepah”ın daha 2 muzdlusu Suriyada gedən savaşda həlak olub. Həlak olanlar İranın Xuzistan və Qorqan bölgələrinin sakinləridir.

 

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya gedən “Sepah”çılar, Mustafa Xoşməhəmmədi və Səccad Bavi, son günlər Suriyanın müxtəlif bölgələrində baş verən qarşıdurmalarda Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Onların Suriyanın konkret hansı məntəqələrində həlak olduğu mediaya açıqlanmayıb. Həlak olan “Sepah”çıların cənazələrinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

 

 

İranın molla rejimi Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN