Daha bir iranlı deputat fars nəzəriyyəçisinin Qaşqay qadınlarını təhqir etməsinə etiraz bildirib

2016-12-03 14:04

GünAzTV: İran parlamentinin Firuzabad, Fərraşbənd və Qirov Karzin şəhərlərindən seçilmiş deputatı Kuruş Kərəmpur, məşhur fars politoloq və nəzəriyyəçisi Sadıq Zibakəlamın Qaşqay qadınlarını təhqir etməsinə kəskin reaksiya verib.

 

Dekabrın 2-də Fərraşbənd şəhərinin cümə namazında jurnaqlistlərə açıqlama verən Kuruş Kərəmpur bildirib ki, o, Qaşqay qadınlarının aşağılanmasını, öz namusuna qarşı təhqir sayır: “Mən ciddi şəkildə bu məsələnin axırına qədər gedəcəyəm. Çünki mənim anam və şəhidlərin anaları təhqir olunub. Zibakəlamın Qaşqay qadınlarına qarşı işlətdiyi təhqiramiz ifadələr, mənim namusumun təhqir olunması deməkdir. Siyasi məsələləri bir qırağa qoyaq. Mən şəhidlərin ruhunu sevindirmək üçün bu məsələ ilə maraqlanacaq, işin axırına qədər gedəcəyəm”.

 

İran hakimiyyətinin müxtəlif strukturları və cərəyanları ilə, o cümlədən də Sistemin Məsləhətini Müqəyyənləşdirən Qurumun rəisi Haşimi Rəfsəncaniyə yaxınlığı ilə tanınan məşhur fars politoloq və nəzəriyyəçisi Sadıq Zibakəlam, bir neçə gün əvvəl dövlət televiziyasında Hüseyn Dehbaşinin aparıcılığı ilə yayımlanan “Xeşt-i xam” verilişində Qaşqay qadınlarını “qaraçı” adlandırıb. O, bir neçə dəfə “Qaşqay qaraçı qadnları” ifadəsini işlətməklə, həm özlərinə məxsus mədəniyyəti və həyat tərzi olan qaraçıları, həm də igid və zəhmetkeş Qaşqay türk qadınlarını təhqir edib.

 

Məşhur nəzəriyyəçinin Qaşqay qadınlarına qarşı bu təhqiramiz əfadələrinə etiraz bildirən ilk şəxs, urmiyalı deputat Nadir Qazipur olub. Bir qrup Qaşqay gəncləri də son günlər Şəhrza şəhərində plakardlar qaldıraraq Zibakəlama etiraz bildirərək, ondan Qaşqay xaqından üzr istəməsini tələb ediblər.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04