Deputat: Xocalı soyqırımı barədə Hollivud səviyyəsində film çəkilsin

Deputat: Xocalı soyqırımı barədə Hollivud səviyyəsində film çəkilsin

GünAz TV: Millət vəkili Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində filmin çəkilməsini təklif edir.

 

"Oxu.az" yaydığı məlumata görə, bu təkliflə Milli Məclisin (MM) Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

 

Bosniya və Herseqovina soyqırımından sonra çəkilən “Leyla” filminin bu hadisənin tanınmasına təsir göstərdiyini deyən M.İbrahimqizi qeyd edib ki, ermənilər onların guya soyqırımına məruz qaldıqlarını dünyaya göstərmək üçün Hollivud səviyyəsində bir necə film çəkiblər.

 

“Ermənilər Hollivudda “soyqırım”larla bağlı bir necə film çəkiblər. Bizim də Xocalı faciəsi ilə bağlı Hollivud səviyyəsində filmin çəkilməsinə ehtiyacımız var. Etiraf etməliyik ki, Azərbaycanda beynəlxalq səviyyəli filmlər azdır. Amma biz Xocalı faciəsinə görə bunu etməliyik”, - deyə o əlavə edib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN