Dominik Rab: “İranla bağlı tələsik qərar qəbul etməyəcəyik”

Dominik Rab: “İranla bağlı tələsik qərar qəbul etməyəcəyik”

GünazTV: Böyük Britaniyanın yeni xarici işlər naziri Dominik Rab iyulun 24-də jurnalistlərlə görüşündə ölkəsinin İranla bağlı atacağı addımından danışıb.

 

Rab bildirib ki, o Böyük Britaniyanın “Stena İmpero” tankerinin İran tərəfindən saxlanılması və mövcud durumla bağlı daxil olan bütün xəbərləri diqqətlə izləyir: “Biz İranla və onun atdığı bu addımı ilə bağlı tələsik qərar qəbul etməyəcəyik. Biz məsələni hərtərəfli araşdırırıq. Mən, 2000-2006-cı illərdə Xarici İşlər Nazirliyinin hüquqi müşaviri kimi İran mövzusunda çalışmışam. Tam aydındır ki, bu çox həssas bir məsələdir. Mən hər hansı bir qərar verməzdən əvvəl bu barədə mükəmməl fikir mübadiləsi apara, məşvərətlər edəcəyəm” –deyə Böyünk Britaniyanın yeni xarici işlər naziri Dominik Rab vurğulayıb.

 

Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəllüttariq rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

İyulun 19-da isə “Sepah”ın körfəzdəki sürət qayıqları Hörmüz Boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN