Donald Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqonun müddətini uzadıb

Donald Tramp İranın neft və neft məhsullarına qoyulmuş embarqonun müddətini uzadıb

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp İranın neftin və neft məhsullarına qoyulmuş embarqonun müddətini artırıb.

 

Xarici medianın yaydığı məlumata görə, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Dövlət başçısı bununla bağlı imzaladığı fərmanda əminliyi ifadə edib ki, dünyada kifayət qədər neft istehsal edən ölkə mövcuddur. Bu, İrandan neft və neft məhsullarının idxalının azaldılmasına şərait yaradır.

 

ABŞ prezidenti bununla yanaşı, "vəziyyəti diqqətlə izləməyə" də söz verib. Ancaq Tramp xatırladıb ki, onun administrasiyası indi İran barəsində öz siyasətinin təkrar qiymətləndirilməsini nəzərdən keçirir. Həmçinin İran nüvə proqramı haqqında razılaşma üzrə öhdəliyi də yerinə yetirir.

 

Xatırladaq ki, 2015-ci ildə “altılıq” ölkələri (ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya və Almaniya) ilə İran arasında razılaşma əldə olunub. Rəsmi Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı üzərinə bir sıra öhdəliklər götürüb. Bunun qarşılığında İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar mərhələli şəkildə aradan qaldırılmalıdır. 2017-ci ilin fevralında ABŞ Tehranın ballistik raket proqramı ilə bağlı İrana qarşı tətbiq olunan sanksiyaları genişləndirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN