Donald Tramp özünün prezident seçkiləri kampaniyasına rəsmən start verib

Donald Tramp özünün prezident seçkiləri kampaniyasına rəsmən start verib

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp rəsmi olaraq bildirib ki, o, 2020-ci ildə Birləşmiş Ştatların lideri seçkilərinin gedişatında ikinci müddətə namizəd olmaq niyyətindədir.

 

"Report" “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Floridada tərəfdarları qarşısında çıxışında bildirib.

 

"Bu axşam mən rəsmən sizin qarşısında ikinci müddətə Birləşmiş Ştatların prezidenti vəzifəsinə seçki üzrə öz kampaniyamın başlandığını elan edirəm", - deyə o bildirib.

 

Trampın sözlərinə görə, onun prezident seçildiyi 2016-cı il "tarixdə xüsusi an olub".

 

O, həmçinin bildirib ki, Ağ Evə daxil olduğu ilk gündən kimin onu bura göndərdiyini unutmayıb.

"Söz verə bilərəm ki, sizi heç vaxt pis vəziyyətdə qoymayacağam", - deyə Amerika prezidenti vəzd verib. 

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN