Donald Trampdan İdlib - Açıqlaması

Donald Trampdan İdlib - Açıqlaması

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Suriyanın İdlib şəhərində qətliam ehtimalı ilə bağlı xəbərdarlıq edib.

 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Küveyt əmiri Şeyx Sabahla Ağ Evdə görüşən Tramp İdlibdəki vəziyyətin məyusedici olduğunu deyib:

“İnanıram ki, İdlibdəki vəziyyətlə bağlı təmkinli və diqqətli olacaqlar. Bəşər Əsəd İdlibə düşünmədən hücum etməməlidir. Ruslar və iranlılar bu insanlıq faciəsində yer alaraq xətaya yol verməməlidir. Əgər İdlibdə qətliam olsa, bütün dünya, eləcə də ABŞ buna hiddətlənəcək”.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN