Donald Trampın Amerika prezidenti vəzifəsində atacağı ilk addım məlum olub

Donald Trampın Amerika prezidenti vəzifəsində atacağı ilk addım məlum olub

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) seçilmiş vitse-prezidenti Maykl Pens seçilmiş prezident Donald Trampın vəzifələrinin icrasına başlamasından sonra atacağı ilk adımı açıqlayıb.

 

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə,  Pensin bildirib ki, Tramp Barak Obamanın “Obamacare” adı almış səhiyyə islahatlarını ləğv edəcək.

 

“İlk vəzifəmiz, söz verdiyimiz kimi, “Obamacare” islahatlarının ləğvi və tibbi sığortanın qiymətinin aşağı salınması olacaq”, - Pens bəyan edib.

 

Bundan əlavə, o bildirib ki, prezident administrasiyası seçki kampaniyası dövründə verdiyi vədlərin hamısını yerinə yetirəcək.

 

Barak Obamanın mətbuat katibi Coş Ernest isə mətbuata açıqlamasında bildirib ki, ABŞ-da səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.

 

“Buna görə hər kəs məsuliyyət daşıyır. “Obamacare” tibbi sığortanın ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Bu ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək”, - deyə C.Ernest bildirib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN