Donan suriyalı qaçqınları Türk əsgərləri xilas etdi

Donan suriyalı qaçqınları Türk əsgərləri xilas etdi

GünAz TV: Sərhədi qaçaq yolla keçməyə çalışanların 6-sı körpə olmaqla, ümumilikdə13 nəfər olub.

 

Suriya sərhədindən Türkiyəyə gecə qaçaq yolla keçməyə çalışan bir qrup suriyalı qaçqın yağış və soyuq havaya görə pis vəziyyətə düşüb. Xilasetmə dəstələri ölmək üzrə olan qaçqınları son anda xilas ediblər.

 

Hatay vilayətinin Suriya sərhədində Altınözü rayonuna qaçaq yolla keçməyə çalışanların 6-sı körpə olmaqla, ümumilikdə13 nəfər olub.

 

Onlar Altınözü rayonunda yaşayan qohumlarına yerləşdikləri ünvan haqda məlumat veriblər. Bu haqda isə xilasetmə dəstələrinə xəbər verilib. Axtarışa əsgərlər də qoşulub.

 

Qaçqınların yerləşdikləri yerə çatan və ilk olaraq uşaqları xilas edən əsgərlər nəfəsləri ilə uşaqları isitməyə çalışıb və paltarlarını onların üstlərinə örtüb.

 

Xilas edilənlərdən bir çoxunun temperaturu aşağı düşdüyünə görə hadisə yerinə gələn çox sayda təcili tibbi yardım maşınları ilk müdaxiləni elə yerindəcə ediblər.

 

Daha sonra miqrantlar Hatay bölgə xəstəxanasına yerləşdirilib. AzNews.az

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN