Dörd gün davam edən Avropa Parlamentinə seçkilərin qalibləri hansı partiyalar oldu?

Dörd gün davam edən Avropa Parlamentinə seçkilərin qalibləri hansı partiyalar oldu?

GünAz TV: Dörd gün davam edən Avropa Parlamentinə seçkilər başa çatdı.

 

Seçkinin dünən keçirilən son günündə 20 ölkədə seçicilər səs verdi.

 

400 milyon seçicidən təqribən 51 faizi Avropa Parlamentinin 751 üzvünü müəyyən etmək üçün səs verdi.

 

Qeyri-rəsmi nəticələrə görə, Avropa miqyasında mərkəzi sağ partiyalar və sosial demokratlar səs itkisinə məruz qaldı, ultra sağ partiyalar isə səs nisbətlərini artırdılar.

 

Fransada seçkinin qalibi ultra sağçılar oldu.

 

Yunanıstanda isə baş nazir Aleksis Çiprasın SYRIZA partiyası ciddi itkiyə məruz qaldı.

 

Almaniyadakı ilkin nəticələrə görə Yaşıllar partiyası 22 faiz səs toplayaraq birinci yerdə qərarlaşdı.

 

Ultra sağçıların səslərini artırdığı başqa bir ölkə isə İtaliya oldu.  

 

“Brexit” prosesindəki İngiltərədə isə ultra sağçı Brexit Partiyası seçkidə qələbə qazandı.

 

Belçikada da ultra sağçı partiyalar seçkidə öz damğasını vurdu.

 

Macarıstanda miqrantların əleyhinə olan siyasətlərilə tanınmış Viktor Orbanın partiyası Fidesz və hökumətdə yer alan Xristian Demokratik Xalq Partiyası ittifaqı səslərin 52 faizini alaraq birinci yerdə qərarlaşdı.

 

Hollandiyada isə Frans Timmedmansın başçılığındakı İşçi Partiyası qələbə qazandı.

 

İspaniyada isə seçkilərin qalibi sosialistlər oldu.

 

Danimarkada keçirilən Avropa Parlamentinə seçkilərdə hökumətdəki Venstre Partiyası 23,5 faiz səs ilə yer sayını 2-dən 4-ə çıxararaq tarixi qəbələ qazandı. Ana müxalifətdəki Sosial Demokrat Partiya isə 21,5 faiz səs toplayaraq 3 olan yer sayını mühafizə etdi.

 

Çexiyada AP seçkilərinin qeyri-rəsmi nəticələrinə gör\ hakimiyyətdəki Qeyri-mənun Vətəndaşlar Hərəkatı qələb qazandı.

 

Slovakiyada isə rəsmi olmayan nəticələrə görə, 201,11 faiz səs nisbətilə 2017-ci ildə qurulan Mütərəqqi və Birlikdə Partiyası koalisiya partiyası qazandı.

 

İsveçdə AP seçkilərini hökumətin ən böyük ortağı Sosial Demokrat Partiyası 23,7 faiz ilə qazandı. TRT

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN