Dövlət Departamenti İranda qadınların məcburi hicaba etiraz etdiklərinə görə həbs edilməsini qınayıb

Dövlət Departamenti İranda qadınların məcburi hicaba etiraz etdiklərinə görə həbs edilməsini qınayıb

GünAz TV: Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranda 3 qadının ümumilikdə 55 il həbs cəzasına məhkum edilməsinə münasibət bildirib.

 

O, “Twitter”də yazdığı statusda İran hökuməti tərəfindən məcburi hicaba etiraz etdiklərinə görə Müjqan Keşavərzi, Münirə Ərəbşahi və Yasəmən Ariyayinin ağır həbs cəzalarına məhkum edilməsini kəskin qınayıb.

 

Xanım Ortaqus qeyd edib ki, ABŞ bütün millətlərin bu qanunsuzluq və ədalətsizliyi qınamasın istəyir.

 

Xatıradaq ki, avqustun 1-də Münirə Ərəbşahi və Yasəmən Ariyayinin vəkili Əmir Rəisiyan müvəkkillərinə qarşı uzun müddətli həbs hökmünün çıxarıldığı barədə məlumat yaymışdı.

 

Müjqan Keşavərzinin vəkili Məhəmməd Moqimi də həmin gün öz müvəkkilinin həbsə məhkum edildiyini təsdiqəmişdi.

 

Qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə bu 3 xanımın Beynəlxalq Qadınlar Günündə Tehran metrosunda baş örtüyü taxmadan qadınlara gül payladığını əks etdirən video paylaşılmışdı. Xanımlar gül təqdim etdiyi qadınlarla müsahibə də aparmış və onların əksəriyyəti bir gün İranda qadınların öz hüquqlarına qovuşacaqlarına ümid etdiyini bildirmişdilər.

 

İran məhkəmə sistemi bu 3 xanıma qarşı “milli təhlükəsizlik əleyhinə iş birliyi qurma və çalışma”, “dövlət əleyhinə təbliğ” və “əxlaqsızlığın təbliği” kimi qondarma ittihamlar irəli sürüb. Müjqan Keşavərziyə qarşı bütün bunlarla yanaşı, “müqəddəsləri təhqir etmə” maddəsi ilə də ittiham irəli sürülüb.

 

Amnesty İnternational elan edilmiş hökmləri İran rejiminin qadın haqları sahəsində fəaliyyət göstərən fəallara və məcburi hicaba etiraz edənlərə qarşı apardığı repressiya siyasətinin davamı kimi dəyərləndirib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN