Əbd Rəbbuh Məsur Hadi: “Biz İran təhlükəsinə son qoymaqla Yəməndə federal və müasir bir ölkəyə yaratmaq istiqamətində hərəkət edəcəyik”

Əbd Rəbbuh Məsur Hadi: “Biz İran təhlükəsinə son qoymaqla Yəməndə federal və müasir bir ölkəyə yaratmaq istiqamətində hərəkət edəcəyik”

GünazTV: Yəmən prezidenti Əbd Rəbbuh Mənsur Hadi avqustun 19-da jurnalistlərə açıqlamasında İran təhlükəsindən, rəsmi Tehranın radikal husilərə dəstəyindən və ölkənin bir federal sistemə doğru hərəkətindən danışıb.

 

O bildirib ki, İran təhlükəsinin qarşısı alınmalı, husilər vasitəsilə ölkənin daxili işlərinə müdaxiləsinə son qoyulmalıdır: “Biz İran təhlükəsinə son qoymaqla Yəməndə federal və müasir bir ölkəyə yaratmaq istiqamətində hərəkət edəcəyik. Daha doğrusu, Yəmən milləti İrana bağlı husilərin hərbi çevrilişindən qurtararaq federal və müasir bir ölkə yaratmaq uğrunda irəliləyir” –deyə Yəmən prezidenti Əbd Rəbbuh Mənsur Hadi bəyan edib.

 

Həmçinin Cənubi Yəmən Keçid Şurasının yüksək rütbəli rəhbərlərindən olan Əhməd Ömər Bin Fərid bir neçə gün əvvəl jurnalistlərlə görüşündə İranın bölgədə yürütdüyü ekspansionist siyasətini kəskin qınayıb.

 

O deyib ki, Cənubi Yəmən Keçid Şurası İranın regionda, o cümlədən də Yəməndə apardığı təxribat xarakterli planlarını məğlubiyyətə uğratmaq üçün Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyasına üzv ölkələrlə əməkdaşlığını gücləndirəcək: “Cənubi Yəmən Keçid Şurası İranın husilərin əli ilə həyata keçirməyə çalışdığı ekspansionist planlarını məğlubiyyətə uğradacaq və bu istiqamətdə Ərəb Koalisiyasına üzv ölkələrin yanında olacağıq.

 

Biz əvvəldə olduğu kimi, bu gün və sabah da Ərəb Koalisiyasının müttəfiqi olaraq qalacağıq. Biz, İranın Yəməndən qovulmasının vacibliyinə, eləcə də İranın ərəb ölkələrində, o cümlədən də Yəməndə yürütdüyü ekspansionist siyasətinin məğlubiyyətə uğrayacağına inanırıq” –deyə Cənubi Yəmən Keçid Şurasının rəhbərlərindən olan Əhməd Ömər Bin Fərid əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN