Əbdülnasir Himməti: "Amerika tərəfindən dondurulmuş pullarımızın bir hissəsi geri qaytarıla bilər"

Əbdülnasir Himməti:

GünAz TV: İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti ölkəsinin Amerika Birləşmiş Ştatları tərəfindən dondurulan aktivlərinin bir hissəsinin geri qaytarıla bilmə ehtimalının olduğunu deyib.

 

O, bu xüsusda rəhbərlik etdiyi qurum və Xarici İşlər Nazirliyinin apardığı müəyyən işlər çərçivəsində əvvəllər İranın əməkdaşlıq etdiyi ölkələr və banklarda dondurulmuş pullarının bir qisminin ölkəyə geri qaytarıla biləcəyinin bildirib.

 

Himməti həmin ölkə və bankların adlarını çəkməməklə yanaşı, bu pulların niyə dondurulduğu və qaytarılması ehtimal edilən maliyyə mənbələrinin hansı vasitə ilə İrana geri gətiriləcəyi ilə bağlı detallardan danışmayıb.

 

O, həmçinin iddia edib ki, bu pullar ölkəyə gündəlik təlabat malları, dərman və tibbi ləvazimatlar idxal etmək istiqamətində sərf ediləcək. Himməti də digər iranlı rəsmilər kimi, Amerika sanksiyalarının ölkəsinin koronavirusla mübarizəsinə mənfi təsir göstərdiyini iddia edib.

 

Son həftələr ərzində İran rəsmiləri koronavirusun ölkəni cənginə almasına görə, Amerikadan sanksiyaları ləğv etməsini istəyirlər. Hətta Çin, Rusiya və İngiltərənin rəsmi Vaşinqtonla bu xüsusda gizli danışıqlar apardıqlarına dair mediaya məlumatlar sızır.

 

Amerika isə dəfələrlə bəyan edib ki, sanksiyalar tibbi ləvazimatlar kimi humanitar məhsulları əhatə etmir və bütün ölkələr bu sahədə İranla əməkdaşlıq edə bilərlər.

 

Digər tərəfdən, bir neçə gün əvvəl Amerika İrana koronavirusla mübarizə üçün kömək təklif etsə də, "dini lider" Əli Xamneyi bunu qəbul etməmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN