Əfqanıstan hökuməti İranın bu ölkədə fəaliyyət göstərən “Arian Bank"ının lisenziyasını ləğv edib

Əfqanıstan hökuməti İranın bu ölkədə fəaliyyət göstərən “Arian Bank

GünazTV: Əfqanıstan Mərkəzi Bankı mayın 20-də bəyanat yayaraq, İranın Kabildə fəaliyyət göstərən “Arian Bank”nın lisenziyasını ləğv etdiyini bildirib.

 

Əfqanıstan Mərkəzi Bankının sözçüsü Eyməl Aşur jurnalistlərə açıqlamasında bildirib ki, hökumət bir sıra iqtisadi problemləri nəzərə alaraq, İran bankının fəaliyyətinə son qoymaq qərarına gəlib: “Arian Bank”ın lisenziyasının ləğv olunmasında hər hansı bir siyasi motiv yoxdur. Sadəcə olaraq, bank, əfqanlı sərmayə sahiblərinə kreditlər vermir, Əfqanıstan daxilində sərmayə qoyuluşu üçün kreditlərin verilməsində isə çox cüzi rol oynayırdı. Hesab edirik ki, İran bankının bundan sonra Əfqanıstanda hər hansı bir fəaliyyəti olmayacaq” –deyə Eyməl Aşur əlavə edib.

 

“Arian Bank”ın rəisi Davud Mehdiyan isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bu bank, Kabildə göstərdiyi 14 illik fəaliyyətində Əfqanıstanın bütün qanunlarına riayət edib: “Bankların beynəlxalq qanunlarına görə, hər hansı bir bankın fəaliyyəti yalnız iflasa uğradığına və ya çirkli pulların yuyulması ilə məşğul olduğuna görə ləğv edilməlidir. Biz isə bu ölkədə fəaliyyət göstərdiyimiz müddətdə Əfqanıstan qanunlarını pozmamışıq və bütün qanunlara riayət etmişik. Hazırda isə bankımızın nümayəndələri bu problemin aradan qaldırılması üçün Əfqanıstan Mərkəzi Bankı ilə danışıqlar aparırlar” –deyə Davud Mehdiyan əlavə edib.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN