Əfqanıstanda Taliban terroçularından İran istehsalı olan raketlər aşkarlanıb

Əfqanıstanda Taliban terroçularından İran istehsalı olan raketlər aşkarlanıb

GünAz TV: Əfqanıstanın Qəndəhar əyalətinin təhlükəsizlik orqanları rəsmiləri bölgədə Taliban terrorçularının hava limanına qarşı həyata keçirmək istədikləri terror aktının qarşısının alındığı barədə məlumat yayıblar.

 

Qəndəhar Polis İdarəsinin sözçüsü Camal Nasir Bərəkzai bildirib ki, onlara terrorçuların “Təxte Pol” rayonunun “Məkiyano” kəndi ərazisində hava limanına raket hücumu həyata keçirmək istiqamətində fəaliyyət apardıqları barədə əməliyyat məlumatı daxil olub. Polisin bölgədə keçirdiyi əməliyyat zamanı Taliban terrorçularının olduqları məkandan 1.5 metr uzunluğunda İran istehsalı olan 8 ədəd raket aşkarlanıb.

 

O, hazırda raketlərin kim tərəfindən bölgəyə gətirilib, terrorçulara verildiyi barədə araşdırmaların aparıldığını deyib.

 

Qəndaharın valisi Həyatullah Həyat da faktı təsdiqləyib və bildirib ki, terrorçular həmin raketlərlə hava limanını hədəfə almağı planlaşdırırmışlar.

 

Məsələ ilə əlaqəli yerli “Salam news” agentliyinə Qəndəharın royanlarından birinin adı çəkilməyən polis rəisi bildirib ki, bundan öncə də dəfələrlə bölgədə Taliban terrorçularından İran istehsalı olan silah-sursat aşkar edilərək götürülüb. O, həmçinin qeyd edib ki, İran Talib terrorçularına silah-sursat və lojistik dəstək verməklə yanaşı, onların ailələrinə də maddi kömək göstərir. Polis rəisi İranın bununla Talibanın bölgədə öz maraqlarını təmin etməsinə çalışdığını deyir.

 

Qeyd etmək lazımdır ki, Əfqanıstanda son illər ərzində dəfələrlə Taliban terrorçularına məxsus anbar və saxlanma yerlərində İran istehsalı olan silah-sursat aşkar edilib. İran hərbi və maddi yardımlarla yanaşı, Talibana siyasi dəstək nümayiş etdirir. Məhəmməd Cavad Zərif, Əli Şəmxani və digər bu kimi rəsmilərin dilindən səslənən həmin dəstək son illər arasında İran-Əfqanıstan arasında ciddi diplomatik böhranların yaşanmasına yol açıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN