Əhməd Əbül Qeyt: “Hazırkı mərhələdə İrana qarşı müharibə elan etmək niyyətində deyilik”

Əhməd Əbül Qeyt: “Hazırkı mərhələdə İrana qarşı müharibə elan etmək niyyətində deyilik”

GunAzTV: Ərəb Dövlətləri Liqasının baş direktoru Əhməd Əbül Qeyt noyabrın 19-da qurumun Qahirədə keçirilən fövqəladə iclasının sonunda jurnalistlərə açıqlamasında İranın regionda apardığı dağıdıcı və ekstremist siyasətindən, eləcə də onun qonşularına qarşı gündən-günə artan təhdid və təhlükəsindən danışıb.

 

O bildirib ki, İran hazırda körfəzdəki ərəb ölkələrinin, o cümlədən də Səudiyyə Kralllğının kürəyinə sancılmış bir xəncər rolunu oynayır: “Şiə-husilərin Ər-Riyada atdığı raket, əslində İranın ərəb ölkələrinə qarşı ən təhlükəli təhdid və təcavüzlərindən biridir. Mən üzümü İran rəsmilərinə tutub açıq şəkildə onlara deyirəm ki, sizin raketinizin Səudiyyə Krallığına atılmasının şəffaf bir mesajı var. O da, bütün ərəb ölkələrinə, o cümlədən də Səudiyyə Ərəbistanına qarşı təxribat, fitnə, nifrət, təcavüz və düşmənçilikdir.

 

Hesab edirəm ki, Orta Şərq bölgəsini İranın yaydığı sektaçılıqdan, zorakılıq və nifrətdən qurtarmalıyıq. Təəssüflər olsun ki, İran bölgədə təxribat, nifrət, fitnə, zorakılıq və sektaçılığı yaymaq üçün fəaliyyətini davam etdirir və bu yolda əlindən gələni əsirgəmir. Şiə-husilərin indiyə qədər Yəmənin qanuni hökumətinin mövqelərinə atdığı 76 ballistik raketi də buna bir nümunədir. Çünki atılan bütün bu raketlər İranda istehsal edilib.

 

Biz, Səudiyyə Ərəbistanının hökuməti və milləti ilə həmrəy olduğumuzu bildirərək, elan edirik ki, İranın təhdidləri qarşısında hər zaman onlara tam dəstək verəcəyik. Ümid edirik ki, bizim bu mesajımız İran rəhbərlərinin qulağına çatacaq və onlar öz rəftarlarını dəyişəcəklər. Onlar bilməlidir ki, ərəb dövlətləri onların regionda apardığı ekspansionist siyasətindən və bölgənin hegemonluğunu ələ almaq cəhdindən çox narahatdır.

 

Biz, hazırkı mərhələdə İrana qarşı müharibə elan etmək niyyətində deyilik. Daha doğrusu ərəb ölkələri İranla savaşmaq istəmirlər. Bu iclasın isə keçirilməsində məqsəd, sadəcə olaraq İranı və onun rəftarını pisləməkdir. Biz, lazım gələrsə, İranın regiona müdaxiləsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyik”.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN