Əhməd Obalının "Chicago Magazine"lə müsahibəsi: "İran hökuməti koronavirusla bağlı real rəqəmləri gizlədir"

2020-04-08 12:09

GünAz TV: "Chicago Magazine" Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalıdan ekskluziv müsahibə alıb. Əhməd Obalı müsahibə zamanı İranda koronavirus böhranı ilə əlaqədar yaşanan ictimai-siyasi proseslər haqqında danışmaqla yanaşı, İran hökumətinin bu xəstəliyə yoluxmuş və ya ondan ölmüş insanların real statistikasını gizlətdiyini qeyd edib.

 

Müsahibənin əvvəlində sayt ilkin olaraq Əhməd Obalı və onun 2004-cü ildə güney azərbaycanlıların haqq səsini dünyaya çatdırmaq üçün təsis etdiyi GünAz TV-nin fəaliyyəti ilə bağlı ingilisdilli oxuculara ətraflı məlumat verib.

 

Əhməd bəy müsahibə zamanı bildirib ki, İranda koronavirusa yoluxanlar və bu infeksiyanın qurbanlarının sayı dövlətin yaydığı rəsmi rəqəmlərdən olduqca çoxdur, hökumət isə pandemiyanın meydana gətirdiyi böhrani vəziyyəti aradan qaldırmaq əvəzinə, real rəqəmləri saxtalaşdırmaq, öz istədiyi formada statistika tərtib etməklə məşğuldur.

 

Əhməd Obalının müsahibəsini olduğu kimi təqdim edirik:

 

"Dekabr ayında Çinin Vuhan şəhərində koronavirusun yayılmasından çox qısa bir müddət sonra virus İrana da ayaq açdı. Ölkədə virusu Qum-Məşhəd sürətli qatar yolunun çəkilməsinə cəlb edilmiş çinli mühəndislər və fəhlələr, eləcə də həmin vaxt Çinə gedib-gələn iranlı biznesmenlər vasitəsilə yayılmağa başladı. Həmin əsnada Sepaha bağlı İran İslam Respublikasının Mahan Air aviaşirkəti isə nəinki Çinlə uşuçları dayandırmadı, əksinə uçuşların sayını artırmaqla yanaşı, digər hava yolları şirkətlərinin yaranmış vəziyyətlə bağlı bəzi ölkələrə aparmaqdan imtina etdikləri sərnişinləri də danışımağa başladı.

 

Yanvar ayının ortalarında iranlı həkimlər pandemiyanın ölkədə yayıldığını anlasalar və bununla bağlı Səhiyyə Nazirliyinə xəbərdarlıq etsələr də, dövlət onların dediklərinə əhəmiyyət vermirdi. Bundan sonra virusun ölkəyə ayaq açmasından xəbərdar olan İranın idarəedici şəxsləri öz həyat və sağlamlıqlarını qorumaq üçün lazım olan bütün tədbirləri görsələr də, xalqın bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün heç bir qərar qəbul etmədilər və adi insanlar üçün həyat öz normal axını üzrə davam etdi. İnsanların Novruz bayramı alış-verişi etmələri üçün izdihamlı bazarlar bağlanmadı. Eləcə də, gediş-gəlişə məhdudiyyət qoyulmadığından, insanların Məşhəd və Qum kimi ziyarət şəhərlərinə səfər etmələri də virusun geniş vüsət almasına yol açdı.

 

Bütün bunlara rəğmən, iranlı rəsmilər ölkədə vəziyyətin adi olduğu ilə bağlı propaqanda aparırlar. Prezident Həsən Ruhani şəhərlərin karantinə alınması ilə bağlı tövsiyə və təklifləri rədd etməklə, xalq arasında vəziyyətin böhranlı olmadığına dair etimad formalaşdırdı və buna görə də, insanlar xəstəliyə tutulmamaları üçün lazım olan qabaqlayıcı tədbirləri görmədilər. Biz (GünAz TV) ilk media qurumu olaraq, martın 26-da vətəndaşları özlərini karantinə almağa çağırdıq.

 

İran iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarının neft, gəmiçilik və bank sektorlarına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində 2020-ci ildə tamamilə zəifləmiş və iflic vəziyyətə düşmüş haldadır. 2019-cu ilin noyabr ayında benzinin qiymətinin artırılmasına qarşı başlanmış xalq etirazları tezliklə hökumətin devrilməsi və Xamneyiyə qarşı etirazlara çevrilmişdi. Lakin hökumət ölkə ərazisində interneti 6 gün müddətində tamamilə kəsərək etirazları yatırmışdı. 2020-ci ilin yanvar ayında İranda Xamneyidən sonra 2-ci nüfuzlu şəxs hesab edilən Qasım Süleymani Amerikanın Bağdad hava limanı yaxınlığında pilotsuz uçan aparatla keçirdiyi hava hücumu nəticəsində öldürüldü. Daha sonra, fevralın 21-də keçirilmiş Parlament seçkilərində İran hökuməti seçici aktivliyini təqribən 40% elan etmişdi. Lakin reallıq bu rəqəmin 15-17% arasında dəyişdiyini göstərirdi. İran hökuməti qeyd edilmiş məsələlərdən ictimai rəyi idarə etmək üçün bəhrələnmək istiqamətində koronavirusun ölkədə yaratdığı vəziyyəti və nəticələrini inkar etməyə çalışırdı.

 

İran hökuməti koronavirusdan həyatını itirənlərin real sayını azalda bilmək üçün bu virusdan ölənlərin ölüm səbəblərini ürək xəstəlikləri, şəkərli diabet və digər bu kimi müxtəlif xəstəliklərlə bağlayır. Bütün dünyada koronavirusun kəskin yayılmasına baxmayaraq, İran xalqı maddi məsələlər səbəbindən çölə çıxmaq məcburiyyətindədir və dövlət də onlara heç bir formada maddi kömək və ya xidmət göstərmir.

 

Koronavirus böhranından sonra İranın 8 həbsxanasında məhkumların etirazı baş tutub. Hökumətin xəstəlik səbəbindən müvəqqəti azadlığa buraxdığı məhbuslar içərisində siyasi məhkumlar və ya insan haqları fəallarının adı yoxdur. Məhbuslar həbsxanada əllərinə keçən mümkün hər bir maddəni yandıraraq etiraz ediblər. Bunun qarşılığında gözətçilər məhkumlara, hətta onlarla görüşmək üçün həbsxanaya gələn ailə üzvlərinə də odlu silahdan atəş açıblar. Etirazlar zamanı bir neçə məhkum öldürülüb."

 

Əhməd Obalı Əhvaz həbsxanalarında baş vermiş etirazlarda məhkumlara qarşı sərgilənən kəskin zorakılıqla bağlı bildirib ki, bunun səbəbi onların ərəb olmasıdır. O qeyd edib ki, həbsxanalarda ərəb məhkumlara divan tutulur və onlar qətliam edilir.

 

"Təəssüf ki, İran mövzusu Amerika Birləşmiş Ştatlarında partiyalar arası məsələyə çevrilib. Əslində İran terrorizmi üzərində təmərküzləşmək lazımdır. İran dövləti öz xalqının pullarını oğurlayır. Fondlarda 100 milyardlarla dolları olmasına baxmayaraq, koronavirusun meydana gətirdiyi böhranlı vəziyyətdə həmin pullardan bir qismini öz xalqına xərcləmək istəmir. Əksinə, koronavirusdan sanksiyaların ləğv edilməsi üçün Amerika Birləşmiş Ştatlarına təzyiq göstərmək aləti kimi istifadə etməyə çalışır. Sanksiyaların ləğvi nəinki İran xalqına kömək etməyəcək, əksinə hökumətin güclənməsinə şərait yaradacaq. Birləşmiş Ştatların dünyanın ən qüdrətli dövləti və lideri olaraq, bəşəriyyət qarşısında mənəvi borcu var", - deyə Əhməd Obalı fikrini tamamlayıb.

 

Müsahibənin tam mətnini oxumaq üçün aşağıdakı linkin üzərinə klikləyin: 

http://www.chicagomag.com/city-life/April-2020/Ahmad-Obali-Iran-Coronavirus-Deaths/

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.02.2020: Bazar günü şiddət hadisələrinin yaşandığı etiraz dalğalarının ardından həftənin ilk günü paytaxt Vaşinqtonda sülh məqsədli protestlər keçirildi.

2020-06-02

gun az article

İranda daha 64 nəfər koronavirisdan ölüb, 3117 nəfər də infeksiyaya yoluxub

2020-06-02

gun az article

Kirmanda narkotik maddə qaçaqmalçıları ilə atışmada sıravi əsgər həlak olub

2020-06-02

gun az article

Zərif Sirus Əsgərinin Amerikadan İrana doğru yola düşdüyünü bəyan edib

2020-06-02

gun az article

‍Əhməd Cənnəti: "Deputatlar namizədliklərin təsdiqlənməməsindən dərs çıxarsınlar"

2020-06-02

gun az article

Kirmanşah əyalətində koronavirusa yoluxanların sayı 4872 nəfərə çatıb

2020-06-02

gun az article

Pompeo: “İranın təhdidləri davam edədənə qədər ABŞ-ın maksimum təzyiq kampaniyası da davam edəcək”

2020-06-02

gun az article

Müctəba Zonnur: "Noyabr etirazlarında 230 nəfər öldürülüb, 7 min nəfər yaralanıb"

2020-06-01

gun az article

İrandan Azərbaycan vasitəsilə Avstriyaya 281 kq heroinin aparılmasının qarşısını alınıb- FOTO

2020-06-01

gun az article

Abbas Musavi İranın iki vətəndaşının Türkiyə tərəfindən İraqda öldürülməsi məsələsinə münasibət bildirib

2020-06-01

gun az article

İran ordusunun komandanının müavini "Sepah"ı sərt tənqid edib

2020-06-01

gun az article

İranda son 1 sutkada 81 nəfər koronavirusdan ölüb

2020-06-01

gun az article

Əhvaz və Mehrabad hava limanlarında iki təyyarə təcili eniş edib

2020-06-01

gun az article

İranın Xuzistan əyalətində qadınların boksla məşğul olması qadağan edilib

2020-06-01

gun az article

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

2020-05-31

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2516 nəfər xəstəliyə tutulub

2020-05-31

gun az article

Xuzistanın 20 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-05-31

gun az article

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

2020-05-31

gun az article

Edama məhkum edilən güney azərbaycanlı həkimin son vəziyyəti

2020-05-31

gun az article

GünazTV May.30.2020: 7 milyon 600 min iranlı Qəbiristanlıqlar ətrafında yaşayır

2020-05-30