Əhməd Xatəmi: “Hicabsızlara Qumda gəzməklə, dini qaydalara hörmətsizlik etmələri üçün pul verilir”

Əhməd Xatəmi: “Hicabsızlara Qumda gəzməklə, dini qaydalara hörmətsizlik etmələri üçün pul verilir”

GünAz TV: Qum mədrəsəsinin ali şurasının üzvü Əhməd Xatəmi şəhərdə hicab məsələsindən danışarkən gülməli fikirlər səsləndirib.

 

O, “pis hicablılar”ı və hicabsız qadınları hansısa dairələrdən pul almaqda ittiham edib.

 

“Qumda hicabsız gəzməklə, digərlərinə hörmətsizlik edən qızlar bu addım qarşılığında pul alırlar”- deyə Xatəmi iddia edib.

 

Axund ölkədə qadınların artıq hicaba riayət etməməsi, hər zaman dini mərkəz hesab edilən Qum şəhərində belə “hicabsızlığın baş alıb getməsi”, eləcə də sosial şəbəkələrdə “günah işlərin çoxalması” kimi hallardan şikayətlənib.

 

Xatəminin sözlərinə görə, hətta inqilabdan öncə qadınlar Quma daxil olarkən baş örtüklərinə diqqət edərdilər. Hazırda isə Qumun daxilində yerləşən mədrəsələrin yanında belə qadınlar hicabsız gəzirlər.

 

“Məsullardan biri mənə bildirib ki, bu cür qadınlardan biri Səfaiyyə ticarət mərkəzinin ətrafında 1 saat hicabsız gəzməklə, ictimai əxlaq qaydaların pozmaq müqabilində pul əldə etdiyini etiraf edib”- deyə axund əlavə edib.

 

Əhməd Xatəmi sonda bu cür halların “düşmənin Qum Elmi Hövzəsinə sızmağa çalışması” və “düşmən təxribatı” ilə əlaqələndirib.

 

Qeyd etmək lazımdır ki, İran rejiminin rəsmiləri və axundları insanların müxtəlif formada etirazlarını hər zaman xəyali “düşmən”lə bağlamağa çalışırlar. İranda qadınlar uzun müddətdir ki, məcburi hicaba qarşı etiraz edirlər. Axundlar isə həmin qadınları “müxtəlif ölkələrin xüsusi xidmət orqanlarına çalışmaq”da ittiham edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN