Əhmədinejad: “Biz az səbirli olun. Vaxtı çatanda görəcəksiniz”

Əhmədinejad: “Biz az səbirli olun. Vaxtı çatanda görəcəksiniz”

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad aprelin 17-də Çinin “Foniks” telekanalına müsahibəsində qarşıdan gələn prezident seçkilərindən, prezidentliyə namizədliyindən və Qərblə Tehran arasında əldə edilən nüvə sazişindən danışıb.

 

Prezidentliyə namizədliyini irəli sürməsindən sonra hakimiyyətin mühafizəkarlar (üsulçular) qanadından olan bəzi şəxsiyyətlərin kəskin tənqidinə məruz qaldığına toxunan Əhmədinejad, onun namizədliyinin ləğv edilməsi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirib: “Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur”.

 

“Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq” sualını isə Əhmədinejad belə cavablandırıb: “Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz”.

 

Əhmədinejad həmçinin İranla Qərb arasında imzalanan nüvə sazişini (Bərcam-ı) əhəmiyyətsiz sayaraq Qərbin ölkəyə qarşı tətbiq edilən sanksiyalarına da toxunub: “Bu sazişdə kokret elə mühüm bir şey yoxdur. Bu saziş olmasaydı belə, BMT-nin ölkəyə tətbiq etdiyi sanksiyaların elə güclü bir təsiri yox idi”.

 

Qeyd edək ki, son günlər hakimiyyətin sərt xətt tərəfdarı sayılan mühafizəkar (üsulçular) qanadından olan bəzi şəxsiyyətlər, o cümlədən də keçmiş deputat Əhməd Təvəkküli, Konstitusiyaya Nəzarət Şurasına məktub yazaraq onları Əhmədinejadın prezidentliyə namizədliyini ləğv etməyə çağırıb.

 

Xatırladaq ki, Əhmədinejad, aprelin 12-də Daxili İşlər Nazirliyinə gedərək prezidentliyə namizədliyini qeydiyyatdan keçirib. Onun, növbəti seçkilərə qatılmayacağı ilə bağlı bir neçə ay əvvəl Xamneyiyə verdiyi sözə baxmayaraq namizədliyini irəli sürməsi, hamı üçün gözlənilməz olub.

 

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN