Əhmədinejad və Bəqayi birgə bəyanat yayıb: “Qarşıdan gələn seçkilərdə heç bir namizədi dəstəkləməyəcəyik”

2017-04-23 19:23

GünAzTV: İranda prezidentliyə namizədlikləri rədd edilmiş keçmiş prezident Mahmud Əhmədinejad və onun komandasından olan Həmid Bəqayi aprelin 23-də növbəti prezident seçkiləri bağlı birgə bəyanat yayıblar.

 

Bəyanatda bildirilir ki, onlar əhalinin və tərəfdarlarının geniş və davamlı istəyi və tələbi ilə prezidentliyə namizədliklərini irəli sürmüşdülər: “Bizə göstərdiyiniz səmimi dəstəyə görə siz həmvətənlərimizin hər birinə öz təşəkkürümüzü bildirir, özümüzü həmişə sizə borclu sayırıq. Biz hər zaman özümüzü millətin kiçik qulluqçusu, inqilabın isə əsgəri sayır, bununla fəxr edirik. Biz açıq və şəffaf şəkildə bildiririk ki, qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən heç birini dəstəkləmir, gələcəkdə də dəstəkləməyəcəyik”.

 

Bu isə Həm Əhmədinejadın, həm də Bəqayinin prezidentliyə namizədliklərinin ləğv olunmasına göstərdikləri ilk reaksiyasıdır. Bəyanatda, Əhmədinejadın öz tərəfdarlarını qarşıdan gələn seçkiləri boykota çağırıb-çağırmaması məsələsinə toxunulmayıb.

 

İranın Konstitusiyaya Nəzarət Şurası aprelin 20-də bəyanat yayaraq 6 nəfərin prezidentliyə namizədliyinin rəsmən təsdiqləndiyini açıqlayıb. Keçmiş prezident Mahmud Əhmədinejadın və onun komandasından olan Həmid Bəqayinin isə namizədliyi rədd edilib.

 

Əhmədinejad, aprelin 17-də Çinin “Foniks” telekanalına müsahibəsində onun namizədliyinin mümkün ləğvi ehtimalı ilə bağlı səslənən bəyanatlara münasibət bildirmişdi: “Konstitusiyaya Nəzarət Şurasının mənim prezidentliyə namizədliyimi ləğv etməsinə hər hansı bir səbəb və əsas yoxdur”.

 

O, “Əgər İranın Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədliyinizi ləğv etsə, sizin buna reaksiyanız necə olacaq” sualını isə “Bir az səbirli olun. Vaxtı çatanda görəcəksiniz” -deyə cavablandırmışdı.

 

İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da (ordibeheştin 29-da) keçiriləcək.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Post | Gunaz article social
فرید سرهنگی

2020-05-28

صفویان که بیشتر از ترک بودنشان به شیعه بودنشان می بالیدند برای این که در مقابل امپراطوری عثمانی قد علم کنند به مرثیه سرایی به سبک شاعران شعوبیه فارس ها مانند فردوسی پرداختند واز همین رو پان ایرانیسم(پان فارسیسم)در ایران خراب شده به وجود آمد. قابل توجه جناب احمد اوبالی که از صفویان ترک هایی قهرمان ساخته!

Şərh Yaz
gun az article

GünazTV June.05.2020: İran İslam respublikası 2018-ci ildən həbsdə saxladığı Amerika ordusunun üzvü olan Michael Whiteni azad edib

2020-06-05

gun az article

GünazTV June.05.2020: Hong Kong üzərində Çin və ABŞ arasında gərginlik artmaqdadır

2020-06-05

gun az article

İraqın Baş nazirindən "Qüds Briqadası"nın komandanı İsmayıl Qaaniyə: "Ölkəmizə daxil olarkən viza al"

2020-06-05

gun az article

İran polisi əfqan və pakistanlı mühacirlərin maşınını atəşə tutub: 3 nəfər diri-diri yanaraq ölüb

2020-06-05

gun az article

İranda daha 63 nəfər koronavirusdan ölüb, 2886 nəfər xəstəliyə yoluxub

2020-06-05

gun az article

İranın İlam əyalətində koronavirusa yoluxanların sayı 1135 nəfərə çatıb

2020-06-05

gun az article

İlam əyalətinin Ərkvaz şəhərində 3.3 bal gücündə zəlzələ olub

2020-06-05

gun az article

Əhvazda 52 yanğınsöndürən koronavirusa yoluxub

2020-06-05

gun az article

İsrail qırıclarının “Hemah”da endirdiyi hava zərbələri nəticəsində Suriya və İranın 9 muzdlu hərbçisi öldürülüb

2020-06-05

gun az article

İranın ticarət gəmisi İraq sahillərində batıb

2020-06-05

gun az article

İranda həbs olunmuş sabiq amerikalı hərbçi ölkəsinə qaytarılıb

2020-06-05

gun az article

GünazTV June.04.2020: “Floyd cinayətində üç polis barəsindı həbs qərarı verildi”

2020-06-04

gun az article

GünazTV June.04.2020: İranla Türkiyə arasındakı Gürbulağ sərhədi yenidən açılır

2020-06-04

gun az article

Ərdəkan şəhəri yaxınlığında 3.5 bal gücündə zəlzələ baş verib

2020-06-04

gun az article

İran rəsmisi: “Hormozqan əyalətində koronavirusa yoluxanlardan 25%-i evdar qadınlardır”

2020-06-04

gun az article

İranda daha 59 nəfər koronavirusdan ölüb, 3574 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-06-04

gun az article

Tehranın Neftayırma Zavodunda yanğın baş verib

2020-06-04

gun az article

İranın Deyləm şəhərinin Koronavirusla Mübarizə Qərargahının rəisi xəstəliyə yoluxub

2020-06-04

gun az article

İranda polis komandanı: “Xuzistanda qanunsuz silah saxlamaqda günahlandırılan 91 nəfər həbs edilib”

2020-06-04

gun az article

Ruhani: “Xəbərdarlıqlar ciddiyə alınmasa məhdudiyyətləri yenidən bərpa etmək məcburiyyətində qalacağıq”

2020-06-04