Əhmədinejad Xamneyiyə məktub yazaraq hökumət və parlamentin buraxılmasını, ölkədə azad seçkilərin keçirilməsini təklif edib

Əhmədinejad Xamneyiyə məktub yazaraq hökumət və parlamentin buraxılmasını, ölkədə azad seçkilərin keçirilməsini təklif edib

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, fevralın 21-də dini lider axund Əli Xamneyiyə açıq məktub yazaraq, islam respublikasını bürümüş dərin böhranlardan qurtarmaq üçün, hökumət və parlamentin buraxılmasını və ölkədə növbədənkənar azad seçkilərin keçirilməsini təklif edib.

 

Öz məktubunda, Xamneyinin fevralın 18-də təbrizli “bəsici”lərlə görüşündə ölkə əhalisinin hakimiyyətdən və Xamneyinin özündən narazı olmasına dolayı yolla etiraf etməsinə toxunan Əhmədinejad qeyd edib ki, nə qədər gec deyil, ölkənin indiki böhrandan çıxması üçün addım atmağın vaxtı gəlib çatıb.

 

Əhmədinejad, Xamneyiyə yazdığı məktubunda təklif edib ki, hakim rejimin mövcud təhlükələrdən qurtarması üçün, ölkə konstitusiyasında dəyişikliklər edilsin, indiki hökumət və parlament buraxılsın və növbədən kənar azad seçkilər keçirilsin. O bildirib ki, yeni parlament və prezident sekiləri azad şəkildə, yəni Konstitusiyaya Nəzarət Şurasının, təhlükəsizlik qurumlarının və hərbçilərin (“Sepah”ın) hər hansı bir müdaxiləsi olmadan keçirilməlidir.

 

Dini liderə yazdığı məktubunda ölkə əhalisinin indiki Məhkəmə Sistemindən və onun ədalətə zidd qərarlarından narazı olduğunu vurğulayan Əhmədinejad, həmin quruma başçılıq edən axund Sadıq Laricaninin tutduğu vəzifədən azad edilməsini, hakimiyyəti və rəsmiləri tənqid etdiklərinə görə tutulub həbsə salınan müxaliflərin dərhal azadlığa buraxılmasını və dinc müxaliflərə qarşı təqib və təzyiqlərə son qoyulmasını təklif edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN