Əhmədrza Purdəstan: “Tramp Amerikanın sonuncu prezidentidir”

Əhmədrza Purdəstan: “Tramp Amerikanın sonuncu prezidentidir”

GünazTV: İran Ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəisi, ordunun quru qüvvələrinin keçmiş komandanı Əhmədrza Purdəstan avqustun 20-da Qumda keçirilən bir tədbirdə çıxış edərək ABŞ prezidenti Donald Trampdan və Amerikanın dağılmaq ehtimalından danışıb.

 

O deyib ki, hazırda Amerika çökmək və parçalanmaq ərəfəsindədir: “Bir sıra amerikalı nəzəriyyəçilərin dediyinə görə, Donald Tramp Amerikanın sonuncu prezidentidir və bu ölkə Trampdan sonra dağılacaq.

 

Bu gün Amerikanın bəzi əyalətləri, o cümlədən də Kaliforniya ştatı müstəqil olmaq istəyir. Kaliforniya əhalisi bu istiqlal hərəkatında ümumxalq referendumu keçərməklə Amerikadan ayrılıb müstəqil bir ölkə olmaq istəyirlər. Sözsüz ki, əgər bu baş tutsa, Amerikanın digər ştatları da Kaliforniyanın yolunu gedəcəklər.

 

Hazırda Amerika dünyanın ən borclu ölkəsidir. Onun xarici ölkələrə borcu  22 trilyon dollardan çoxdur. Bu gün Amerikada geniş yayılan narkomaniya, ayrı-seçkilik, qətl, cinayət, intihar halları və digər ictimai problemlər elə bir mərhələyə gəlib çatıb ki, Amerika rəhbərləri bu böhranı aradan qaldırmaq iqtidarında deyillər. Artıq vəziyyətə nəzarət əldən çıxıb və güman edirəm ki, bu imperiya təsəvvürümüzdən daha tez bir vaxtda çökəcək. Bunu amerikalı politoloqlar da təsdiq edirlər və onlardan bəzilərinin dediyinə görə, Tramp bu ölkənin sonuncu prezidenti olacaq” –deyə Əhmədrza Purdəstan əlavə edib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN