Əhvaz polad zavodunun həbs edilmiş əməkdaşlarının ailələri valiliyin binası qarşısında etiraz aksiyası keçirib

Əhvaz polad zavodunun həbs edilmiş əməkdaşlarının ailələri valiliyin binası qarşısında etiraz aksiyası keçirib

GünAz TV: Sosial şəbəkələrdə və İran media orqanlarında dünən Əhvaz polad zavodunun həbs edilmiş əməkdaşlarının ailələri valilik binası qarşısında etiraz aksiyası keçirdiyi ilə bağlı video yayılıb.

 

Ötən həftənin axırları saxlanılanlardan 11 nəfərin zaminə buraxılmasından sonra qalan işçilərin də şənbə günü azad ediləcəyi ilə deyilirdi. Lakin digər saxlanılan işçilər hələ də azad edilməyib.

 

Dünən keçirilən piket zamanı həbs edilənlərin ailələri işçilərin azad edilməsini tələb ediblər.

 

Qeyd edək ki, İranın Əhvaz şəhərində fəaliyyət göstərən polad zavodunun əməkdaşları təqribən iki aydır ki, əmək haqlarının verilməməsi və bərbad iş şəraitinə görə etiraz aksiyası keçirirdilər. Etiraz aksiyaları zamanı işçilərdən bir çoxu İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

https://www.youtube.com/watch?v=iYTw52gXYAI

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN