Əhvazda işıqların kəsilməsi nəticəsində xəstəxanada yatan 4 qadın xəstə ölüb

Əhvazda işıqların kəsilməsi nəticəsində xəstəxanada yatan 4 qadın xəstə ölüb

GünAz TV: Əhvazın Xomeyni xəstəxanasının baş həkimi Sasan Megehi ötən gün ərzində işıqların yanıb-sönməsi nəticəsində intensiv terapiya şöbəsində müalicə alan 4 qadın xəstənin öldüyünü bəyan edib.

 

O, “İsna” agentliyinə verdiyi açıqlamada elektrik kəsilməsini yağan yağışlarla əlaqələndirib. Baş həkim xəstəxana əməkdaşlarının xəstələrin həyatını xilas etməyə çalışdıqlarını, lakin bütün cəhdlərin elektrik kəsilməsi səbəbindən uğursuz olduğunu qeyd edib.

 

“İrna” agentliyinin yaydığı məlumata əsasən isə, işıqlar söndükdən sonra xəstəxananın generatorları gec işə salınıb. Nəticədə, tənəffüs problemlərindən əziyyət çəkən, yaşları 70-dən yuxarı olan həmin 4 qadın oksigen aparatlarının sönməsi nəticəsində ölüblər.

 

Qeyd etmək lazımdır ki, Əhvaz ərəbləri İranda yaşayan böyük etniklərdən biridirlər. İranın ən böyük neft və qaz yataqları ərəblərin vətəni olan Əl-Əhvazda (Xuzistan-red.) yerləşir. Lakin İran rejiminin ayrı-seçkiliyi və irqçiliyi səbəbindən bölgə baxımsız vəziyyətdədir və əyalətdə kasıblıq yüksək həddədir. Yağış nəticəsində elektrik verilişinin kəsilməsi də bölgənin baxımsızlıq səbəbindən elektrik naqillərinin bərbad vəziyyətdə olmasına görədir.

 

Ayrı-seçkilikdən savayı, İranda ərəblər də türklər kimi, tez-tez irqçi təhqirlərə məruz qalırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN