Əhvazda kəfən geyinmiş nümayişçilər Ruhani və məmurlar əleyhinə şüarlar səsləndirib

Əhvazda kəfən geyinmiş nümayişçilər Ruhani və məmurlar əleyhinə şüarlar səsləndirib

GünAZ TV: Əhvaz Milli Qrupunun (polad zavodu-red) əməkdaşları keçirdikləri etiraz aksiyalarının 31-ci günündə dünən kəfən geyinərək, küçələrə çıxıblar.

 

Xuzestan Valiliyinin qarşısında başlayan etiraz aksiyası şəhər İcra Hakimiyyətinin qarşısına və Əhvaz bazarına qədər davam edib. Etirazçılar “səriştəsiz və vecsiz vali və icra hakimi”, “Hüseyn, Hüseyn şüarlarıdır, oğrular iftixarları”, “Yazıq Xuzestanın normal məmuru yoxdur”, “Yalançı Ruhani, dediyin tədbirlər planı noldu?”, “Oğruların məskəni olan ölkəmiz bütün dünyaya nümunədir“, “Nə hakim, nə dövlət fəhlənin yanında deyil” kimi şüarlar səsləndiriblər.

 

Daha sonra etirazçılar şüar səsləndirərək, Əhvazın imam cüməsi Məhəmmədəli Musəvi Cəzayirinin evinin qarşısında piket keçiriblər. Onlar evin yerləşdiyi küçədə oturaraq, yolu bağlayıblar.

 

Qeyd edək ki, Əhvaz Milli Qrupunun əməkdaşları bir aydır ki, etiraz aksiyası keçirirlər. Onlar istehsalın işə salınması, zavodun Milli Bankdan alınıb, dövlətin mülkiyyətinə qaytarılmasını və öz gecikmiş əmək haqlarının tam ödənilməsini tələb edirlər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN