Əhvazda partlayış baş verib- "Sepah"ın qərargahına qarşı hücum həyata keçirildiyi iddia olunur

Əhvazda partlayış baş verib-

GünAz TV: İran xəbər agentlikləri ötən gün axşam saatlarında Əhvazda ard-arda iki səs bombasının partlaması barədə məlumat dərc ediblər.


"İrna"nın məlumatına əsasən, partlayış səsləri "Zənd" və "Milli" dördyolları tərəflərdə eşidilib.


Xuzistan əyalətinin icra hakimi Qulamrza Şəriəti iddia ediib ki, partlayış səsi çox cuzi olub, hətta təhlükəsizlik qüvvələrinin araşdırmaları göstərib ki, onun səsi kustar üsulla şənliklər üçün hazırlanan partlayıcı maddələrin səsi ilə eyni olub.


Lakin digər xəbərlərdə qeyd edilir ki, partlayış səsləri səs bombasına aid olmayıb. Həmin mənbələr iddia edir ki, bu, "Sepah" terror təşkilatının bölgədə yerləşən qərargahlarından birinə qarşı keçirilmiş hücumdan meydana gələn səs olub.


Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN