Əhvazda şairin ölümünə etiraz edən ərəb gənclər İran bayrağını yandırıblar- VİDEO

Əhvazda şairin ölümünə etiraz edən ərəb gənclər İran bayrağını yandırıblar- VİDEO

GünAz TV: Ötən günlər ərzində Əhvazın ərəb əhalisi bölgənin tanınmış millətçi və tənqidçi şairinin şovinist İran rejiminin işgəncə verənləri tərəfindən öldürülməsindən sonra etiraz aksiyaları keçiriblər.

 

 

Şairin xəstəxanada şübhəli şəkildə öldüyülə bağlı xəbərlər yayıldıqdan sonra ərəb cavanları şəhərin mərkəzi hissələrində yolları bağlayıb, etiraz aksiyalarına start vermişdilər.

 

 

Etirazlar zamanı ərəb gənclər şəhərdə mərkəzində dirəkdən asılmış İranın bayraqlarını aşağı salaraq yandırıblar.

 

 

Həsən Heydəri adlı həmin gənc şair panfarsist rejimə qarşı yazdığı şerlərə görə ərəb gənclər arasında simvola çevrilmişdi. O, öz şerləri ilə İran rejiminin digər etniklərə qarşı yürütdüyü irqi ayrı-seçkiliyi tənqid edirdi.

 

Bu kimi faktlara görə, İran ərazisində yaşayan bütün qeyri-fars millətlər qaniçən rejimin onlara etdiyi zülmlərə səssiz qalmamalıdırlar.

 

Cavan şair Həsən Heydəri də öz şerlərində hər zaman “yaşasın Əl-Əhvaz xalqı, yaşasın bütün qeyri-fars xalqlar, yaşasın bütün azadlıqsevər xalqlar!” kimi şüarlarla zülmə qarşı çıxanları təqdir edərdi.

 

 

Xatırladaq ki, Həsən Heydəri noyabrın 10-da sübh çağlarında şübhəli şəkildə Əhvazın Şəfa xəstəxanasında dünyasını dəyişib. Ailələri və yaxınları onun zəhərləndiyi üçün xəstəxanaya müraciət etdiyini, lakin həkimlərin səhər saatlarında onlara şairin zəhərlənmənin şiddətindən ürək tutması keçirdiyini və öldüyünü dediyini bildiriblər. Ailəsi cavan şairin daha öncələr səhhətində heç bir ciddi problemin olmadığını deyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN