Əhvazda sel baş verib- Evlər kanalizasiya suları ilə dolub- FOTO

2019-12-18 13:31

GünAz TV: Ərəblərin vətəni olan Xuzistan əyalətində yağan güclü yağışlardan sonra müxtəlif şəhərlərin küçələri gölə dönüb, əhalinin evlərinə kanalizasiya (fazilab-red.) suları dolub.

 

Xüsusilə, ötən gün yağan yağışlardan sonra əyalətin Əhvaz, Xürrəmşəhr və Abadan şəhərlərində küçə və prospektlər, eləcə də keçidləri su basması nəticəsində həyat demək olar ki, iflic olub. Maşınların yollarda suda batması nəticəsində şəhərlərin ərazilərində hərəkət dayanıb. Şəhərlərin kasıblar yaşayan bölgələrində isə kanalizasiya suyu ilə qarışmış çirkab sular evlərə daxil olub. Nəticədə, onsuzda kasıb olan əhalinin məişət avadanlıqlarının bir çoxu sıradan çıxıb.

 

 

Bir neçə ay öncə eyni problemlə üzləşən Kut Abdullah bölgəsində bu dəfə də vəziyyət daha acınacaqlıdır. Yayılan məlumatlarda bölgənin bütün evlərinə çirkab suların daxil olduğu qeyd edilir.

 

Yerli media orqanlarında yayılan məlumatlara görə, yağan yağışlar nəticəsində meydana gələn sel o qədər güclü olub ki, Abadan Beynəlxalq Hava Limanının bir çox hissəsi, eləcə də sərnişin terminalı su altında qalıb.

 

 

Xuzistan Hidrometeoroloji Proqnozlar İdarəsinin yaydığı məlumatda isə ötən 24 saat ərzində 112.5 millimetr olmaqla, ən çox yağıntı miqdarı Abadanda qeydə alındığı deyilir.

 

 

Məsələ ilə əlaqəli Xuzistanın icra hakimi Qulamrza Şəriəti bildirib ki, Əhvaz və Karun şəhərlərinin bir çox bölgəsi su altında qalıb, evlər kanalizasiya suları ilə dolub, əhali çətin vəziyyətdə qalıb. O, bu cür vəziyyətin yaranmasının səbəbinin Əhvazda yağış sularının axıdılması üçün heç bir şəbəkənin olmaması, eləcə də şəhərin kanalizasiya sisteminin öz istismar müddətini başa vurması olduğunu etiraf edib.

 

“Biz Əhvazda kanalizasiya sistemini yeniləməliyik. Sistem təkmilləşsə, yağış yağan zaman küçə və prospektlərdə yığılan sular sürətlə kanalizasiyalara axacaq və bu cür səhnə yaranmayacaq. Biz yağış sularının axıdılması üçün şəhər ərazisində şəbəkənin qurulmasını planlaşdırsaq da, bu, böyük xərc tələb edən işdir və maliyyə imkanlarımız buna imkan vermir”, - deyə Xuzistanın icra hakimi əlavə edib.

 

 

Digər tərəfdən, Qızıl Aypara Cəmiyyətinin Xuzistan əyalətində fəaliyyət göstərən İdarəsi sel suları nəticəsində Əhvazda 2 mərtəbəli binanın uçduğu barədə məlumat yayıb.

 

Güclü yağışların davam etməsi və yaranan problemlərə görə, Xuzistanın 13 rayonunda məktəblərdə tətil elan edilib.

 

Xatırladaq ki, ötən gün yağan güclü yağışlar nəticəsində Əhvazda elektrik verilişində problemlərin yarandığı, nəticədə Xomeyni xəstəxanasında müalicə alan 4 qadının öldüyü barədə də məlumat yayılmışdı.

 

Qeyd etmək lazımdır ki, Əhvaz ərəbləri İranda yaşayan böyük etniklərdən biridirlər. İranın ən böyük neft və qaz yataqları ərəblərin vətəni olan Əl-Əhvazda (Xuzistan-red.) yerləşir. Lakin İran rejiminin ayrı-seçkiliyi və irqçiliyi səbəbindən bölgə baxımsız vəziyyətdədir və əyalətdə kasıblıq yüksək həddədir. Yağış nəticəsində elektrik verilişinin kəsilməsi də bölgənin baxımsızlıq səbəbindən elektrik naqillərinin bərbad vəziyyətdə olmasına görədir.

 

Ayrı-seçkilikdən savayı, İranda ərəblər də türklər kimi, tez-tez irqçi təhqirlərə məruz qalırlar.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20

gun az article

Amerika BMT-nin İrana qarşı bütün sanksiyalarını qaytaran tətik mexanizmini işə salıb

2020-09-20

gun az article

İranda daha 183 nəfər koronavirusdan vəfat edib, 3097 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-20

gun az article

GünazTV Sep.19.2020 :"Aprelə qədər Amerika xalqına vaksin çatacaq"

2020-09-19

gun az article

Altı senator Trampdan İranın bütün maliyyə sektoruna sanksiya tətbiq etməsini istəyib

2020-09-19

gun az article

Ermənilər Tovuzun Ağdam kəndini yenidən atəşə tutublar

2020-09-19

gun az article

İranda koronavirusdan vəfat edənlərin sayı 24 min nəfəri keçib

2020-09-19

gun az article

Nəsrin Sütudə həbsxanadan xəstəxanaya köçürülüb

2020-09-19

gun az article

İran- İraq sərhədində Kərbəlaya getmək istəyənlərlə hərbçilər arasında toqquşma olub

2020-09-19

gun az article

Koronavirusa rəğmən, Tehran əyalətində cümə namazı qılınıb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: “Amerika Birləşmiş Ştatları İranla bağlı siyasətinin yeni mərhələsindədir!”

2020-09-18