Əhvazda sərnişin avtobusu qəzaya uğrayıb. 18 sərnişin yaralanıb

Əhvazda sərnişin avtobusu qəzaya uğrayıb. 18 sərnişin yaralanıb

GünazTV: İranın Xuzistan əyalətinin Əhvaz şəhərində daha bir sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 18 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

 Hadisə, yanvarın 16-ı, günorta saat 12:18 radələrində Əhvazın Gülüstan bulvarında baş verib. Yüksək sürətlə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq yerüstü piyada keçidin dəmir dirəklərinə çırpılıb. Qəza nəticəsində avtobusun 18 sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib. Qəzada ölənlər olmayıb.

 

 Bildirilir ki, hadisə avtobus sürücüsünün ehtiyatsızlığı ucbatından baş verib. Yaralı sərnişinlərin səhhətinin qənaətbəxş olduğu bildirilir.   

 

Qeyd edək ki, hər il İranın müxtəlif bölgələrində baş verən yol qəzalarında on minlərlə insan həyatını itirir.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN